Qaydalar
- Təlimin başlanmasından 15 dəqiqə öncə təlim yerinə gəlin və qeydiyyat üçün şəxsiyyət vəsiqənizi təqdim edin.
- Müvafiq görünüş: bəzək əşyaları, hündür daban ayaqqabı, narahat geyim geyinilməməli, saçlar yığılmış, dırnaqlar qısa olmalıdır.
- Geyim: təlim iştirakçılarının rahat geyim və bağlı ayaqqabı geyinmələri zəruridir.
- Tibb tələbələri və həkimlər — tibbi forma və bağlı yumşaq ayaqqabı geyinilməsi və fonendoskopun olması zəruridir.
- Robotlarla ehtiyatla və xəstələrlə olduğu kimi «hörmətlə» rəftar edin.
Qadağandır
- Robotlara aid kompüterlərə toxunmaq.
- İcazə olmadan mərkəzin şəkillərini çəkmək.
- Auditoriyalara qida və su ilə daxil olmaq.
- Təlimdə birbaşa istifadə olunan avadanlıqlar istisna olmaqla, digər avadanlıqlara toxunmaq.
- Markerlər, qələmlər və yod tərkibli məhlullardan (betadin) simulyasiya avadanlıqlarının ərazisində istifadə etmək.
- Reagentlərin və sərfiyyat materiallarının dadına baxmaq.
Suallar üçün: +994 51 225 37 78 · info@sechenov.edu.az